İtaliya millisinin sabiq üzvü MLS klubunda

İtaliya millisinin sabiq üzvü Cüzeppe Rossi karyerasını ABŞ-da davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu “Real Solt-Leyk” klubuna keçib. MLS təmsilçisi təcrübəli futbolçu ilə ilin sonuna qədər müqavilə imzalayıb.

 

İtaliya millisində 29 oyun keçirmiş Rossi "Mançester Yunayted", "Nyukasl", "Parma", "Vilyarreal", "Fiorentina", "Levante" və "Selta" kimi klublarda çıxış edib. Onun son klubu "Cenoa" olub.

Tarix: 28 Fevral [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31 Mart 2020
30  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio