Zaur Həşimov: "Qapımıza gələn hər zərbə qol olur"

Azərbaycan Premyer Liqasında XIX turun “Zirə” – “Qəbələ” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında qəsəbə təmsilçisinin baş məşqçisi Zaur Həşimov jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Evdə qələbə qazanıb ümumən turnir cədvəlində vəziyyətimizi düzəltmək istəyirdik. Oyun istədiyimiz kimi gedirdi, qol da vurduq. Sonradan şanslardan istifadə edə bilmədik. Daha sonra oyunun gedişatı dəyişdi. Təəsəüf ki, bu tur da istəyimizə nail ola bilmədik.

 

- Hər iki qolda Orxan Sadıqlının səhvi var idi...
- Bir neçə oyundu bu barədə danışılır. Az qala qapımıza gedən hər zərbə qolla nəticələnir. Meydanda legioner oynatmaq üçün məcburam ki, Orxanı qapıya qoyum.

 

- İkinci hissədə sönük olmağınız nə ilə bağlı idi?
- Əslində, bir neçə hücumumuz oldu. Hesabda öndə olanda istər-istəməz geri çəkilir komanda.

 

- Meydanın mərkəzində top paylayan yox idi. Cavid Hüseynovun olmayanda bu işi görə biləcək futbolçunuz yoxdu?
- Ümumən, komandada böyük problemlər var. Cavid cəzalı, Tellur zədəlidi. İstəsək də, əvəzetmələrdən oyunu gücləndirə bilmirik. Ortadakı futbolçularımız müdafiəyəmeyllilər idi. Buna görə də orda topu saxlamaqda çətinlik çəkirdik.

Tarix: 1 Mart [18:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Sentyabr 2020
27  Sentyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio