"Qarabağ"dan mövsümün rekordu

“Qarabağ” mövsümün yeni rekorduna imza atıb.

 

Sportal.az xəbər verir ki, “köhlən atlar” ardıcıl 5-ci quru oyununu keçirib. Sonuncu dəfə XIV turun “Keşlə” ilə matçında (2:2) qapısında qol görən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2020-ci ildə “çərçivəsini” toxunulmaz saxlayıb.

 

“Səbail” (1:0), “Neftçi” (0:0), “Zirə” (6:0) və “Sumqayıt”ın (1:0) ardından XIX turdakı rəqib “Sabah” da (0:0) bu seriyanı qıra bilməyib. Bununla da “Qarabağ” mövsümün rekordunu arxada qoyub. Həmin rekord da Ağdam klubuna məxsus idi. Çempionatın lideri ilk 4 turda qapısından qol buraxmamışdı.


Qapıçı Şahruddin Məhəmmədəliyevin quru seriyası isə 493 dəqiqəyə çatıb. O, sonuncu dəfə dekabrın 6-da “Keşlə”yə qarşı keçirilən oyunun 47-ci dəqiqəsində Tural Bayramlının zərbəsi qarşısında aciz qalıb.

 

Tarix: 2 Mart [11:31]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Mart 2020
28  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio