“Xəzər Lənkəran”ın baş məşqçisi hakimi döydüyü üçün 20 oyun cəzalandı

13:39 - 3 Mart 2020

AFFA U-17 Liqasında yarışan “Xəzər Lənkəran” komandasının baş məşqçisi Ağadadaş Həmidova sərt cəza tətbiq edib.

 

Sportal.az xəbər verir ki, bununla bağlı qurumun İntizam Komitəsi qərar çıxarıb.

 

Qərarda qeyd edilir ki, fevralın 29-u U-17 Liqasında keçirilən “Xəzər Lənkəran” - “Qarabağ” oyununun 87-ci dəqiqəsində meydan sahibi komandanın baş məşqçisi Ağadadaş Həmidov köməkçi hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Qarşılaşmanın 90-cı dəqiqəsində isə o, yenidən meydana daxil olaraq, köməkçi hakimə fiziki təzyiq göstərib, ayaqla zərbə endirib. Bu səbəbdən məşqçi 20 oyunluq cəzalanıb.

Xəbər xətti