"Mançester Yunayted" 1/4 finala darmadağınla yüksəldi - VİDEO

11:31 - 6 Mart 2020

İngiltərə Federasiya kubokunda 1/8 finalının oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Derbi"ni 3:0 hesabı ilə məğlub edib və 1/4 finala yüksəlib.

 

"Qırmızı şeytanlar" növbəti raundda "Norviç Siti" ilə qarşılaşacaq.

 

"Derbi" - "Mançester Yunayted" - 0:3

Qollar: Lyuk Şou, 33, Odion İqalo, 41, 70

 

Xəbər xətti