Robinyo Braziliyaya qayıdacaq

00:03 - 11 Mart 2020

Braziliya millisinin sabiq üzvü Robinyo mövsümün sonunda "Başakşəhər"dən ayrılacaq.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı hücumçu karyerasını ölkəsində davam etdirəcək. Təcrübəli oyunçu "Santos"a keçməyə razılıq verib.

 

Braziliya mətbuatının məlumatına görə, Robinyonun "Santos"da aylıq maaşı 97 min avro olacaq.

 

Robinyo bu mövsüm "Başakşəhər"də 17 oyun keçirib. O, bu qarşılaşmalar qol və assistlə yadda qalmayıb. Braziliyalı futbolçu "Santos"un yetirməsidir.

Xəbər xətti