PSJ 1/4 finalda, "Liverpul" mübarizəni dayandırdı

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, turnirin son qalibi "Liverpul" evdə ilk oyunda 0:1 hesabı ilə uduzduğu Madrid "Atletiko"sunu qəbul edib. Oyunun əsas vaxtı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Əlavə vaxtda isə Madrid klubu geri dönüş edib - 3:2. Qələbə sayəsində "Atletiko" 1/4 finala adlayıb.

 

Dortmund "Borussiya"sı evdə 2:1 hesabı ilə məğlub etdiyi PSJ-nin qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paris klubu 1/4 finala yüksəlib.

 

PSJ (Fransa) – “Borussiya” (Dortmund, Almaniya) - 2:0

Qollar: Neymar, 28, Xuan Bernat, 45+1

Qırmızı vərəqə: Əmrə Can, 89 ("Borussiya")

İlk oyun – 1:2

Baş hakim: Entoni Taylor (İngiltərə)

Paris. “Park de Prens”

 

“Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya) - 2:3

Qollar: Corcino Veynaldum, 43, Roberto Firmino, 94 - Markos Lyorente, 97, 105+1, Alvaro Morata, 120+1

İlk oyun – 0:1

Baş hakim: Danni Makkeli (Niderland)

Liverpul. “Enfild Roud”.

Tarix: 12 Mart [02:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Aprel 2020
31  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio