"Arsenal" - "Mançester Siti" oyunu təxirə salındı - futbolçular koronavirusa yoluxan prezidentlə təmasda olub

11:28 - 11 Mart 2020

İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilməsi planlaşdırılan "Mançester Siti” - "Arsenal” oyunu baş tutmayacaq.

 

Sportal.az xəbər verir ki, buna səbəb "Nottingem Forest"in və "Olimpiakos"un sahibi Evangelos Marinakisin koronavirusa yoluxmasıdır. "Arsenal" 2 həftə əvvəl "Olimpiakos"la qarşılaşıb. Bu səbəbdən də oyunun təxirə salınmasına qərar verilib.

 

"Arsenal" klubu bəzi futbolçuların "Olimpiakos"un prezidenti ilə görüşdüyünü və həmin oyunçuların 14 gün evdən çölə çıxmayacağını açıqlayıb.

Xəbər xətti