Rəşad Sadıqov milliyə baş məşqçi müzakirəsindən danışdı

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov millinin baş məşqçisi vəzifəsinə namizədliyi ilə bağlı səslənən təkliflərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı müdafiəçi bildirib ki, futbol ictimaiyyəti və mətbuatın inamı onu sevindirir:

 

“Hamı bilir ki, mən öz işimə necə ciddi yanaşıram. Oyunçu karyeramı davam etdirməklə yanaşı məşqçiliyi öyrənmiş, müxtəlif vaxtlarda bəzi komandaları çalışdırmışam. Demək olar, məşqçi fəaliyyəti mənim üçün başlayıb. Əgər bu müddətdə özüm barədə müsbət fikir yarada bilmişəmsə, buna ancaq sevinirəm. Müasir futbolda oyunçularla ünsiyyət və əlaqə cox vacibdir. Məni daha çox o fakt sevindirir ki, məhz futbolçular haqqımda yaxşı fikirdədirlər. Bu, məni bundan sonrakı fəaliyyətimə daha da motivasiya edir”.

 

Sadıqov çətinliklərdən qaçmadığını deyib:

 

“Harda oynamaşımsa, bütün çətinliklərə hazır olmuşam. Hətta gənclərdən ibarət millini qəbul edəndə bilirdim ki, komandanın vəziyyəti sadə deyil. Mənə qədər son üç oyundan ikisində komanda böyük hesabla uduzmuşdu. Psixoloji vəziyyət yaxşı deyildi. Buna baxmayaraq, mənim rəhbərliyimlə 5 matçda komanda “döyüşdü”. Bəxtsizlik olmasaydı, 7-8 xal toplaya bilərdik. O ki qaldı milli komandaya, siyahıda ancaq əcnəbilərdir. Ona görə də də bu məsələni şərh etməyim doğru olmazdı”.

 

“Karyeranızı bitirdikdən sonra yeni mövsüm üçün planınız nədir” sualına təcrübəli futbolçu belə cavab verib: “Hələlik qərar verməmişəm. Mənim məşqçi həyatım təkliflərdən asılı olacaq” (azerisport.com).

Tarix: 13 Mart [16:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Mart 2020
27  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio