"Atalanta" "Çelsi"nin futbolçusunu transfer etdi

“Atalanta” "Çelsi"dən icarəyə götürdüyü Mario Paşaliçin transfer hüququna yiyələnib.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, Berqamo təmsilçisi 25 yaşlı futbolçunun keçidi üçün londonlulara 15 milyon avro təzminat ödəyib. Xorvat yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

 

Paşaliç 2018-ci ildən “Atalanta”da icarə əsasında oynayırdı. O, bu mövsüm 32 oyunda 7 qol vurub, 5 assist edib.

Tarix: 17 Mart [13:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2020
25  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio