"2020-ci ildə azarkeşlərlə dolu stadionda oynamaq mümkün deyil" - "Borussiya" rəsmisi

Dortmund "Borussiya"sının texniki direktoru Hans-Yoakom Vatske ilin sonuna qədər futbol qarşılaşmalarına azarkeşlərin gəlməyəcəyini deyib.

 

Sportal.az xəbər verir ki, 50 yaşlı alman funksioner "11Freunde"yə açıqlamasında belə bir halın yaşanacağına inanmadığını bildirib:

 

"2020-ci ildə ən azı bir oyunda azarkeşlərin stadiona gəlməsini arzulayıram. Bu hal yaşansa, özümü xoşbəxt hiss edərəm. Amma düzünü danışsaq, bunun baş verəcəyinə inanmıram. Klubumuz maliyyə cəhətdən yaxşı durumdadır. Klubda problem yaşanmır. Bir neçə ay gəlir olmadan yaşaya bilərik. Bizim satadionda hər oyun 80 min azarkeş olur. Bu qədər fanat önündə oynamaq böyük xoşbəxtlikdir. Amma təəsüf edirəm ki, yaxın gələcəkdə onların stadionda olacağına inamım yoxdur".

Tarix: 22 Mart [00:30]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Aprel 2020
6  Aprel 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio