Azərbaycan qran-prisi təxirə salındı

16:53 - 23 Mart 2020

Formula1 üzrə Azərbaycan qran-prisi təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, Bakı Şəhər Halqası əməliyyat şirkəti koronavirus pandemiyasına görə yarışın keçirilməyəcəyini açıqlayıb. Yarışın təxirə salınmasında əsas məqsəd Azərbaycan xalqı ilə yanaşı, ölkəyə gələn Formula1 azarkeşləri, komanda heyətləri və çempionatın digər iştirakçılarının sağlamlığını və rifahını qorumaqdır.

 

Qran-pri 5-7 iyun tarixlərində keçirilməli idi.

Xəbər xətti