Olimpiya çempionu fonda 1000 manat ayırdı

Cüdo üzrə olimpiya çempionu Elnur Məmmədli koronavirusla mübarizəyə dəstək fonduna ianə ayırıb.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı sabiq cüdoçu ölkə prezidentinin yaratdığı fondun hesabına 1000 manat köçürüb.

 

Daha öncə fonda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 20 min, komandanın futbolçuları isə ümumilikdə 50 min manat ayırmışdı. "Neftçi"nin idman direktoru Ceyhun Sultanov da fond üçün 1000 manat pul köçürmüşdü.

Tarix: 26 Mart [16:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
31 Mart 2020
30  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio