Millinin sabiq üzvü Moldova klubunda

00:09 - 29 Mart 2020

Azərbaycanın U-21 millisinin sabiq futbolçusu Dmitri Nağıyevin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı müdafiəçi karyerasını Moldovanın "Dinamo-Avto" klubunda davam etdirəcək. Nağıyevlə 1 illik müqavilə imzalanıb.

 

Ukrayna vətəndaşlığı da olan futbolçunun son klubu Litva "Ştumbras"ı olub.

Xəbər xətti