"Vulverhempton" Raul Ximenesin transfer qiymətini müəyyənləşdirdi

16:48 - 1 Aprel 2020

İngiltərənin “Vulverhempton” klubu adı Madrid "Real"ı ilə hallanan Raul Ximenesin transfer qiymətini müəyyənləşdirib.

 

Sportal.az xəbər verir ki, klub, "canavarlar" meksikalı hücumçunun transferi üçün 80 milyon funt-sterlinq tələb edəcək.

 

 

28 yaşlı hücumçunun Premyer Liqa klubu ilə 2023-cü ilə qədər müqaviləsi var. Ximenes bu mövsüm 42 oyunda 22 qol vurub, 6 assist edib.

 

Xəbər xətti