"Bayern" Fliklə müqavilə bağladı

23:01 - 3 Aprel 2020

Almaniyanın “Bayern” klubu baş məşqçi Hansi Fliklə yeni müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi 55 yaşlı mütəxəssislə 2023-cü ilin iyununa qədər saziş bağlayıb.

 

Alman mütəxəssis mövsümün gedişində xorvatiyalı Niko Kovaçı əvəzləyib. Onun müqaviləsi mövsümün sonunda başa çatırdı.

Xəbər xətti