"Gürcü futbolçular bundan sonra Azərbaycana axın etməyəcək"

13:29 - 4 Aprel 2020

Gürcüstanın "Lokomotiv" klubunun baş məşqçisi Levan Korqalidze "Lelo" nəşrinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Tbilisi klubunun 40 yaşlı çalışdırıcısı koronavirus pandemiyasının futbola təsirindən sonra gürcü futbolçuların Qazaxıstan və Azərbaycan çempionatlarına yollanmayacağını deyib:

 

"Təəssüf ki, İngiltərə Premyer Liqası və digər yüksək çempionatlar Gürcüstandan olan futbolçularla maraqlanmır. Futbolçularımızın tələb olunduğu yerlər - Azərbaycan, Qazaxıstan və bu ölkələrin çempionatlarına bənzər liqalarda problemlər var.  Artıq ora getməyə dəyəcək qədər böyük maaş təklif edilməyəcək. Koronavirus pandemiyası dünyaya təsir etdi. İqtisadiyyat hər yerdə ağır zərbə alıb. Bunun futbol liqalarına mənfi təsir edəcəyi şübhəsizdir".

 

Levan Korqalidze 1980-ci illərdə Gürcüstan futbolunun məşhur siması Otar Korqalidzenin oğludur. Levan 2019-cu ildən "Lokomotiv"i çalışdırır.

Xəbər xətti