"Atalanta"nın çempion elan edilməsi üçün imza toplayırlar

13:52 - 6 Aprel 2020

Koronavirus pandemiyasına görə dayandırılan İtaliya A Seriyası üçün azarkeşlər kampaniyaya başlayıb.

 

Sportal.az xəbər verir ki, "Atalanta"nın fanatları komandanın çempion elan edilməsi üçün imza toplayırlar. Berqamo təmsilçisinin fanatları hesab edir ki, komanda son 2 mövsümdəki çıxışı ilə çempionluğa layiqdir.

 

120 min əhalisi olan Berqamoda 4500-dən çox insan koronavirusdan ölüb.

 

Anket sosial şəbəkələrdə geniş şəkildə yayılıb.

 

İtaliya A Seriyasında 26 turdan sonra 63 xalı olan "Yuventus" liderdir. "Latsio" 62 xalla 2-ci, "İnter" 54 xalla 3-cü, "Atalanta" 48 xalla 4-cü, "Roma" 45 xalla 5-ci pillədə qərarlaşıb.

 

Xəbər xətti