Şotlandiyada çempionat ləğv edilə bilər

11:58 - 9 Aprel 2020

Koronavirus pandemiyasına görə dayandırılan Şotlandiya futbol liqaları ləğv edilə bilər.

 

Sportal.az xəbər verir ki, aşağı liqalarla bağlı qərar klubların səsverməsindən sonra müəyyənləşəcək.

 

Premyer Liqa ilə bağlı isə videokonfrans təşkil olunacaq. Klublar razılıq versə, çempionat keçirilməyə bilər. Əgər yarışın davam etdirilməməsinə qərar verilsə, turnir cədvəlinin lideri "Seltik" çempion elan ediləcək.

Xəbər xətti