"Beşiktaş"ın futbolçusu "Feyenoord"a keçmək istəyir

"Beşiktaş"ın yarımüdafiəçisi Jermeyn Lens karyerasını ölkəsi Niderlandda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçu "Feyenoord"la danışıq aparır. Niderland millisinin üzvü Erediviziyaya qayıtmaq üçün Rotterdam təmsilçisinə güzəşt etməyə hazırdır.

 

Lens Niderlandda "AZ Alkmaar", "Neymegen" və PSV-də çıxış edib. Təcrübəli oyunçu 2017-ci ildə "Fənərbaxça"dan "Beşiktaş"a keçib.

Tarix: 12 Aprel [17:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio