Klub prezidenti Robinyonun transferini təsdiqlədi

18:00 - 12 Aprel 2020

Mövsümün sonunda "Başakşəhər"lə müqaviləsi başa çatacaq Robinyo karyerasını ölkəsi Braziliyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı vinger "Santos"a keçməyə razılıq verib. Klub prezidenti Karlos Peres təcrübəli oyunçu ilə anlaşdıqlarını deyib:

 

"Robinyo "Santos"un övladıdır. Ona hər zaman klubumuzda yer var. O, geri dönmək arzusundadır. Biz də onu klubumuzda görmək istəyirik. Robinyoya borcumuz var. Bunu agenti ilə də danışıb, hesablamışıq. Bu transferi heç nə saxlaya bilməz".

 

Braziliya mətbuatının məlumatına görə, Robinyonun "Santos"da aylıq maaşı 97 min avro olacaq.

 

Braziliya millisinin keçmiş futbolçusu "Santos"un yetirməsidir.

Xəbər xətti