Cari mövsümdə 6, tarixdə 16 - statistika

Koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Premyer Liqasının baş tutan 20 turunun ən məhsuldar oyunlarında 6 qol vurulub.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, buna 2 dəfə təsadüf olunub. Ötən il oktyabrın 27-də keçirilən “Sumqayıt” – “Neftçi” (2:4) və bu il fevralın 15-də baş tutan “Zirə” – “Qarabağ” (0:6) matçları daha məhsuldar keçib.

 

Azərbaycan çempionatları tarixinin ən məhsuldar qarşılaşmasında isə bundan 10 top çox - 16 qol vurulub. 1992-ci ildən təşkil olunan yarışın mütləq rekordu 1996/97 mövsümündə qeydə alınıb. Həmin çempionatda baş tutan Qərb derbisində “Kəpəz” “Şəmkir”i 14:2 hesabı ilə məğlub edib.

 

Üç qarşılaşmada isə 12 qol qeydə alınıb. Bu oyunlardan ikisi də “Kəpəz”in qalib gəldiyi matçlardır. Gəncəlilər səfərdə Neftçala “Pambıqçı”sını 10:2, evdə Qusar “Şahdağ”ını 11:1 hesabı ilə məğlubiyyətə uğradıb.

 

12 və daha çox qolun vurulduğu qarşılaşmalardan biri heç-heçə başa çatıb. 6:6 hesabı ilə nəticələnən “Viləş” – “Turan” oyunu ölkə çempionatlarının ən məhsuldar bərabərliyidir.

 

Azərbaycan çempionatlarının ən məhsuldar oyunları

1996/97 mövsümü

23.11.1996. “Kəpəz” – “Şəmkir” – 14:2

 

1995/96 mövsümü

03.03.1996. “Pambiqçı” N – “Kəpəz” – 2:10

 

1998/99 mövsümü

19.09.1998. “Kəpəz” – “Şahdağ” Qs – 11:1

 

1998/99 mövsümü

25.04.1999. “Viləş” – “Turan” – 6:6

Tarix: 14 Aprel [10:48]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio