"Koronavirus futbola 2-3 il təsir edəcək" - İcraiyyə Komitəsinin üzvü

12:23 - 30 Aprel 2020

UEFA İcraiyyə Komitəsənin üzvü Lars-Krister Olsson koronavirus pandemiyasının futbola bir neçə il təsir edəcəyini açıqlayıb.

 

Sportal.az "Reuters"ə istinadən xəbər verir ki, qitə qurumunun isveçli rəsmisi pandemiyanın 2022-ci ildə keçiriləcək dünya çepionatına da təsir edəcəyini düşündüyünü dilə gətirib:

 

"Məncə, virus futbola 2-3 il təsir edəcək. COVID-19 ilə bağlı vəziyyət indikindən daha ciddi şəkildə olsa, beynəlxalq təqvimlərdə böyük problem olacaq. Bəzi yarışlar bir il təxirə salındı. DÇ-2022 yayda deyil, mövsümün gedişində keçiriləcəyi üçün daxili və beynəlxalq çempionatlardakı təqvimləri sərtləşdirmək lazım olacaq". 

 

Qətərdə keçiriləcək mundial 2022-ci ilin noyabrın 21-dən dekabrın 18-dək davam edəcək.

Xəbər xətti