"Barselona" 19 yaşlı hücumçunu transfer etmək istəyir

12:32 - 30 Aprel 2020

"AZ Alkmar"ın hücumçusu Miron Boadu karyerasını "Barselona"da davam etdirə bilər.

 

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun keçidi ilə bağlı Kataloniya klubu təklif hazırlamağı düşünür.

 

"Barsa" "İnter"in hücumçusu Lautaro Martinesin keçidi üçün 111 milyon avro ödəməyə hazır olmadığı üçün alternativ variant axtarır. Bu səbəbdən katalonlar Qana əsilli niderlandlı hücumçunu daha ücuz qiymətə almağı planlaşdırır.

 

Boadu bu mövsüm Erediviziyada 24 oyunda 14 qol vurub, 8 assist edib. O, 2019-cu ildə Niderland millisinə dəvət alıb.

 

Xəbər xətti