Nzonzi daha bir mövsüm Fransa klubunda

Fransanın "Renn" klubu "Roma"dan mövsümün sonuna qədər icarəyə götürdüyü Stiven Nzonzinin müqaviləsini uzadıb.

 

Sportal.az xəbər verir ki, Liqa 1-də mövsüm vaxtından əvvəl başa çatdırıldığı üçün "qırmızı-qaralar" 3-cü pillənin sahibi kimi Çempionlar Liqasına vəsiqə qazanıb. Bu səbəbdən klub Fransa millisini daha bir mövsüm icarəyə götürüb.

 

Nzonzi mövsümün ilk yarısını icarə əsasında "Qalatasaray"da keçirib. O, qış fasiləsində "Renn"ə keçib. 31 yaşlı dayaq yarımmüdafiəçisinin "Roma" ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.

Tarix: 2 May [23:40]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
5 İyun 2020
4  İyun 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio