Timo Verner "Çelsi" və "Mançester Yunayted"dən imtina etdi

12:59 - 6 May 2020

"Leyptsiq"in hücumçusu Timo Verner İngiltərənin "Çelsi" və "Mançester Yunayted" klublarının təklifini qəbul etməyib.

 

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Premyer Liqa klubları 24 yaşlı hücumçunun nümayəndələri ilə əlaqə qursa da, müsbət cavab almayıb. Verner "Liverpul"a keçmək istədiyini açıq şəkildə söyləyərək, danışıqlara getməyib.

 

Alman hücumçu bu mövsüm 36 oyunda 27 qol vurub, 12 assist edib.

 

Xəbər xətti