Məşq zamanı çempion olduqlarını öyrəndilər

Portuqaliya 2-ci liqası mövsümün sonuna 11 tur qalmış yekunlaşıb.

 

Sportal.az xəbər verir ki, liqanın lideri "Nasional" çempion elan olunub. 2-ci yerin sahibi "Feyrenşi" çempionla birlikdə Premyer Liqaya vəsiqə əldə edib.

 

"Nasional"ın futbolçuları məşq zamanı çempion olub, yüksək liqaya vəsiqə qazandıqlarını öyrəniblər. Stadionda səsgücləndirici ilə çempionluq xəbəri futbolçulara çatdırılıb.

 

Portuqaliya höküməti Premyer Liqa və ölkə kubokunun davam etdirilməsinə qərar verib. Oyunların mayın 30-dan keçiriləcəyi gözlənilir.

 

Portugal encerra Segunda Divisão, e elenco do Nacional faz festa ...

Tarix: 7 May [12:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2020
24  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio