"Kəpəz"ə Rusiyadan sponsor tapıldı, AFFA vermədi

"Kəpəz"lə bağlı maraqlı məlumat əldə etmişik.

 

Sportal.az xəbər verir ki, mart ayında, pandemiyadan əvvəl Rusiyada böyük ticarətlə məşğul olan bir nəfər gəncəli "Kəpəz"i öz himayəsinə götürmək istəyib.

 

Həmin şəxs komandanın Premyer Liqaya buraxılacağı təqdirdə sponsorluğa razı olduğunu və ilk mövsüm üçün 5 milyon büdcə ayırmağa hazır olduğunu bildirib. Lakin bir şərtlə ki, klub tamamilə onun himayəsinə verilsin və müstəqilliyi təmin olunsun.

 

Əldə etdiyimiz məlumata görə, AFFA bu şərtlər altında komandanı verməyə razı olmayıb və məsələ bağlanıb (rekord.az).

Tarix: 8 May [23:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 May 2020
29  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio