"Neftçi"nin prezidenti bacarıqsız futbolçu üçün dedi ki, ona oynmağa şərait yarat"

2008-2009-cu illərdə "Neftçi"nin baş məşqçisi olmuş Hans-Yurgen Gede "Vnexpress” nəşrinə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 63 yaşlı mütəxəssis "Neftçi"də işlədiyi dönəm haqda danışarkən prezidentin onun işinə qarışdığını söyləyib:

 

"Neftçi"nin prezidenti zəngin və səxavətli adam idi. Ancaq o, baş məşqçi olmağı sevirdi. Tez-tez işə müdaxilə edirdi. Sonra kulminasiya nöqtəsi oldu. Mənim əlimə bir hücumçu verdi, amma o, çox bacarıqsız idi. Prezident dedi ki, Yurgen, ona oynamağa şərait yarat".

 

Həmin vaxt paytaxt klubunun prezidenti Əkbər Hacıyev olub. Alman mütəxəssis hazırda Vyetnam Futbol Federasiyasının texniki direktoru vəzifəsində işləyir.

Tarix: 11 May [13:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 May 2020
24  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio