Yoviç məşqdə deyil, evin hasarından tullanarkən ayağını sındırıb

"Real"ın hücumçusu Luka Yoviçin ayağının sınmasının təfərrüatları müəyyənləşib.

 

Sportal.az "Kurir"ə istinadla xəbər verir ki, "kral klubu" açıqlamasında serb futbolçunun ev şəraitində məşq edərkən ayağını sındırdığını bəyan etmişdi. Lakin 22 yaşlı futbolçunun ailəsinə yaxın olan şəxs onun evin hasarından tullanarkən xəsarət aldığını bildirib:

 

"Luka həqiqətən xəsarət alıb, həyatda güclə qaldı. Evin hasarından yıxılıb. Bunu sizə necə açıqlayacağımı bilmirəm. Hadisənin necə baş verdiyini həqiqətən anlamıram. Hər şey təsadüfən baş verib".

 

Futbolçunun atası ilə bu xəbərə münasibət bildirməsi üçün əlaqə saxlanılıb. Ancaq o danışmaq istəməyib: "Xahiş edirəm, məni anlayın, sizə nəsə deyə bilmərəm. Klub hətta Luka Yoviçin də danışmaması ilə bağlı təlimat verib".

 

"Real" Yoviçi 2019-cu ilin yayında "Ayntraxt"dan 60 milyon avroya transfer etmişdi. O, 24 oyunda 2 qol vurub.

 

Yoviç daha öncə sevgilisi Sofiya Miloşeviçin doğum gününü qeyd etmək üçün karantini pozaraq, İspaniyadan Serbiyaya yollanmışdı.

Tarix: 11 May [22:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 May 2020
26  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio