"İnter"in Martinesi saxlaması çətin olacaq"

12:46 - 12 May 2020

"İnter"in keçmiş prezidenti Massimo Moratti komandanın hücumçusu Lautaro Martines barədə danışıb.

 

Sportal.az xəbər verir ki, o, argentinalı hücumçunu "göy-qaralar"da saxlamağın asan olmayacağını deyib:

 

"İnter"in Lautaronu saxlaması əla olardı, çünki böyük potensialı var. Necə inkifaş edəcəyi və nələri bacaracağını görmək maraqlı gəlir. Çox istedadlı futbolçudur, amma böyük klubların maraq göstərməsinə görə "İnter"in onu saxlaması asan olmayacaq".

 

Martineslə daha yaxından "Barselona" maraqlanır. Hücumçunun adı "Çelsi", "Real" və "Mançester Siti" ilə də hallanır.

 

Lautaro Martines bu mövsüm "göy-qara" formada 31 oyunda 16 qol vurub, 4 assist edib. 22 yaşlı argentinalı futbolçunun sərbəst qalma qiyməti 111 milyon avrodur.

 

 

Xəbər xətti