"Brügge" Belçika çempionu elan edildi - RƏSMİ

23:43 - 15 May 2020

Belçika Yupiler Liqasında 2019/2020 mövsümü koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılıb.

 

Sportal.az xəbər verir ki, turnir cədvəlinin lideri "Brügge" çempion elan olunub. Komanda növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək.

 

"Şarlerua", "Antverpen" və "Standard" Avropa Liqasında çıxış edəcək.

 

Turnir cədvəlinin sonuncusu "Vasland-Beveren" isə aşağı liqaya göndərilib. Yüksək liqaya "Beersxot", OHL və ya "Vesterlo" klublarından biri vəsiqə qazanacaq.

 

Klubların 84 faizi çempionatın vaxtından əvvəl başa çatdırılmasına səsə verib.

Xəbər xətti