Dmitri Nazarov: "Qol vurulanda qaydalara riayət etmək asan deyil"

14:47 - 18 May 2020

Almaniyanın II Bundesliqa təmsilçisi "Erzgebirge"də çıxış edən Dmitri Nazarov açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klubun saytına danışan 30 yaşlı yarımmüdafiəçi çempionatın 26-cı turunda “Sandhauzen”ə 3:1 hesabı ilə qalib gəldikləri matçdan danışıb:

 

"Penaltini yerinə yetirən zaman özümə əmin idim. Penaltini yerinə yetirmək velosiped sürmək kimidir. Sürməyi heç vaxt unutmursunuz. Rəqibə qırmızı vərəqə göstərilməsindən çox vaxt keçmişdi. Buna baxmayaraq, oyuna kökləndik. Fikrimcə, layiqli qələbə qazandıq".

 

Azərbaycan millisinin üzvü azarkeşlər üçün darıxdıqlarını sözlərinə əlavə edib:

 

"Oyun zamanı bir neçə dəfə tibbi maskadan istifadə elədim. Qaydalara əməl etməyə çalışırıq. Ancaq qol vurulanda bu qaydalara riayət etmək asan məsələ deyil. Ümid edirəm ki, gələcəkdə qələbəni azarkeşlərlə qeyd edə biləcəyik".

 

Nazarov qol sevinci barədə bunları deyib:

 

"Qol sevincimə görə çox mesaj aldım. İnsanların üzündə təbəssüm yaratdığım üçün sevinirəm. Qoldan sonra futbolçu özünəməxsus şəkildə bunu qeyd edə bilər. Ağlıma bu gəldi və etdim. Anidən bu hərəkət ağlıma gəldi".

 

InfoKiosk - Što se čita u Hrvatskoj?

Xəbər xətti