Henderson: "Liverpul"un yüksək səviyyədə davam etməsi üçün hər şeyi var"

12:31 - 22 May 2020

"Liverpul"un kapitanı Cordan Henderson açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi komandanın bu mövsüm göstərdiyi oyunla bağlı danışıb:

 

"Mövcud vəziyyətə görə, irəli yox, tez-tez geriyə boylanırdım. Həqiqətən də bacardıqlarımız inanılmaz idi. Bu, davam etmək üçün motivasiya verir, çünki zaman gələndə ən yaxşı vəziyyətdə olduğumuzdan əmin olmaq istəyirik. Mövsümü yaxşı şəkildə bitirib, mükəmməl performans göstərə bilərik. 

 

Əminəm ki, hər kəs bizim üçün inanılmaz mövsüm olduğunu qəbul edəcək. 1-2 oyun istisna olmaqla oyunların səviyyəsi yüksək idi. Futbola qayıtdıqda ən yüksək səviyyədə olmaq istəyirik. Bunun üçün hər şeyə sahibik".

Xəbər xətti