"Səbail"in futbolçusuna 280 min ödəniləcək - FIFA qərar verdi

“Səbail”in futbolçusu Lema Mabidi 4 il çıxış etdiyi "Raca Kasablanka"nı FIFA-ya şikayət edib.

 

Sportal.az "sport365" nəşrin istinadla xəbər verir ki, konqolu yarımmüdafiəçi klubun ona borcu olduğu üçün ali futbol qurumuna şikayət etməli olub.

 

Mərakeş klubu ona yeni müqavilə təklif etsə də, Lema 2019-cu ilin yayında komandadan ayrılıb.

 

“Mənimlə müqaviləni daha 2 mövsüm uzatmaq istəyirdilər. Dedim ki, borcumu ödəməsələr, danışıq olmayacaq. Ancaq imtina etdilər”, - 26 yaşlı futbolçu deyib.

 

FİFA-nın qərarına əsasən, “Raca Kasablanka” futbolçuya 280 min dollar ödəməlidir.

 

Mabidi bu ilin fevralına “Səbail”ə keçib.

Tarix: 23 May [13:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
2 İyul 2020
1  İyul 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio