Villaş-Boaş "Marsel"də qaldı

"Marsel"in baş məşqçisi Andre Villaş-Boaş komandada qalmağa qərar verib.

 

Sportal.az "RMC Sports"a istinadla xəbər verir ki, 42 yaşlı portuqaliyalı mütəxəssis klubda xoşbəxt olduğunu deyib:

 

"Marsel"də çox xoşbəxtəm. Çempionlar Liqasında iştirak etmək arzusundayam. Ancaq iqtisadi vəziyyətimizin nə qədər sabit olduğunu bilmək istəyirəm. Yaxşı iş üçün şərait yoxdursa, o zaman layihə buna dəyməz. Məşqçi klubda özünə inamı hiss etməlidir".

 

"Marsel" koronavirusa görə başa vurulan Fransa I Liqasında 2-ci yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.

Tarix: 26 May [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio