"Rusiyada belə performans göstərəcək oyunçu var?" - erməni məşqçi azərbaycanlı futbolçunu təriflədi

Rusiyanın "Anji" klubunun keçmiş baş məşqçisi Aleksandr Qriqoryan "Spartak"ın azərbaycanlı futbolçusu Ayaz Quliyevin əvəzedici komandaya göndərilməsi barədə danışıb.

 

Sportal.az eurosport.ru-ya istinadla xəbər verir ki, erməni mütəxəssis Ayazın müsbət keyfiyyətləri haqda danışıb:

 

“Ayazın “Anji”yə dəvətinin təşəbbüskarı mən və Osman Kadıyev idi. Quliyevi “Spartak-2”dən yaxşı tanıyırdım. O, 6, 8 və 10 nömrələrin keyfiyyətlərini özündə birləşdirən unikal futbolçudur. Ayaz həm dayaq yarımmüdafiəçisi həm də hücumameyilli kimi oynaya bilir.

 

Onun bəzən özünü idarə edə bilməməsi hər kəsə məlumdur. Ancaq bu, mahiyyəti dəyişmir. O, tərbiyəli və saf bir insandır.

 

Ayaz Quliyevin potensialının nə olduğunu bilmək istəyirsizsə, onun “Anji”də “Zenit”ə qarşı oynadığı matça baxın. Görüş 1:1 hesabıyla bitdi, ancaq ən azı üç top vurmalıydıq. Bütün komanda çox yaxşı oynamışdı. Lakin Quliyevin yarımmüdafiədəki hərəkətlərinə baxın və mənə deyin: Rusiyanın mərkəz yarımmüdafiəçiləri arasında belə performans göstərə biləcək futbolçu var?”

 

23 yaşlı yarımmüdafiəçi 2017-ci ildə "Anji"də icarə əsasında çıxış edərkən Aleksandr Qriqoryanın rəhbərliyində oynayıb.

Tarix: 27 May [18:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio