Baqali Dabo Kipr klubu ilə anlaşdı

00:41 - 30 May 2020

"Neftçi"nin hücumçusu Baqali Dabo yeni mövsümdən karyerasını Kiprdə davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, fransalı hücumçu "Apollon"la şifahi razılığa gəlib. Rəsmi sözləşmə növbəti günlərdə imzalanacaq.

 

31 yaşlı hücumçu 2018-ci ildə "Qəbələ"dən "Neftçi"yə keçmişdi. Dabo bu mövsüm Premyer Liqada 15 oyunda 7 qol vurub.

Xəbər xətti