Fərid oynadı, "Viktoriya" uduzdu

16:58 - 30 May 2020

Çex Respublikasının 2-ci divizionunda 19-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Fərid Nəbiyevin çıxış etdiyi Jijkov “Viktoriya”sı evdə “Xrudim”ə 0:1 hesabı ilə uduzub.

 

Fərid start heyətdə meydana çıxıb və 82-ci əvəzlənib.

 

“Viktoriya” 32 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər xətti