I Divizion və Gənclər Liqasında mövsüm ləğv edildi - qaliblər məlum oldu

20:20 - 1 İyun 2020

Xüsusi karantin rejimi nəzərə alınaraq, bu gün AFFA-nın İcraiyyə Komitəsini üzvlərindən telefon zəngi vasitəsilə Birinci Divizion, Gənclər Liqası və digər məsələlər barədə münasibət öyrənilib.
 
Sportal.az AFFA-ya istinadla xəbər verir ki, aparılmış geniş müzakirələrdən sonra I Divizionda mövsüm ləğv olunub. Turnir cədvəlinin lideri "Turan Tovuz" qalib elan edilib.

 

Təxirə salınmış Gənclər Liqasında oyunların keçirildiyi stadionlarda infrastruktur amilləri nəzərə alınaraq, mövsümün ləğvinə qərar verilib. Turnirin qalibi "Qəbələ" olub. 

 

Qeyd: Premyer Liqa, Birinci Divizion və Gənclər Liqası ilə bağlı məsələlər müvafiq klublarla da müzakirə olunub və klublar tərəfindən müsbət münasibət bildirilib.

 

Xəbər xətti