Gerye "Qarabağ"a qayıtmaq istəyir

09:38 - 3 İyun 2020

"Neftçi"dən ayrılan Donald Gerye keçmiş komandası "Qarabağ"a qayıda bilər.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı futbolçunun agenti Ağdam klubu ilə danışıqlara başlayıb. Geryenin keçmiş komandasına qayıtmaq arzusunda olduğu bildirilir. Cinah futbolçusu buna görə "Neftçi"də qalmaq istəməyib.

 

"Neftçi"nin digər haitili futbolçusu Soni Mustivar da komandadan ayrılacaq.

 

Gerye 2017-2019-cu illərdə "Qarabağ"da oynayıb. Haiti millisinin üzvü bu mövsüm 14 oyunda 1 qol vurub.

Xəbər xətti