La Liqa klubu "Qalatasaray"ın futbolçusunu hədəfə aldı

16:34 - 4 İyun 2020

İspaniyanın "Real Betis" klubu "Qalatasaray"ın yarımmüdafiəçisi Sofian Fequlini transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, Sevilya təmsilçisi əlcəzairli futbolçunu almaq üçün "Qalatasaray"la danışıqlara başlamağa hazırlaşır.

 

İstanbul təmsilçisinin 30 yaşlı vingerə 10 milyon avro qiymət qoyduğu iddia edilir. "Sarı-qırmızılar" Əlcəzair millisinin üzvünü 2017-ci ildə "Vest Hem"dən 4,25 milyon avroya transfer edib. O, 101 oyunda 26 qol vurub, 22 assist edib.

 

Fequli İspaniya La Liqasında "Valensiya" və "Almeriya" klublarında oynayıb.

Xəbər xətti