"Benfika"nın avtobusu daşa basıldı - iki futbolçu xəstəxanaya aparıldı

10:10 - 5 İyun 2020

"Benfika"nln avtobusu "Tondela" ilə keçirilən Premyer Liqa matçından sonra daşa basılıb.

 

Sportal.az xəbər verir ki, avtobusun şüşələri qırılarkən iki futbolçu xəsarət alıb. Hadisəni "Benfika" azarkeşlərinin törətdiyi ehtimal edilir. Onların xal itkisini qəbul etməyərək, bu addımı atdığı iddia olunur.

 

Andriya Jivkoviç və Yulian Vayql şüşə qırıntılarından xəsarət aldıqları üçün xəstəxanaya aparılıblar. Onların ciddi yaralar almadığı bildirilir.

 

"Benfika" - "Tondela" matçında hesab açılmayıb.

Xəbər xətti