"Kəpəz" Premyer Liqada "Səbail"i əvəzləyəcək?

12:59 - 9 İyun 2020

"Kəpəz" yenidən Premyer Liqada mübarizə apara bilər.

 

Sportal.az-ın məlumatına görə, təşkilatçılar çempionatda daha bir bölgə klubunun olması üçün bu variantı fikirləşir.

 

Məlumata görə, "Səbail"in lisenziya şərtlərinin növbəti mövsümün tələblərinə uyğun gəlməmək ehtimalı yüksəkdir. Bu səbəbdən paytaxt klubunu "Kəpəz"in əvəzləyəcəyi gözlənilir. Hətta Gəncə təmsilçisinin Premyer Liqa hazırlığına başladığı bildirilir.

 

Komandanın baş məşqçi postunda dəyişiklik olmayacaq və Yaşar Vahabzadə "sarı-göylər"dəki fəaliyyətinə davam edəcək.

 

"Səbail"in isə daha çox uşaq futboluna diqqət ayıracağı və divizionda mübarizə aparacağı gözlənilir.

 

Çempionatda isə klubların sayı artmayacaq. Yeni mövsümdə yenə 8 klub 4 dövrədə mübarizə aparacaq.

Xəbər xətti