"Neftçi" akademiyanın beş məşqçisini göndərdi

17:29 - 9 İyun 2020

"Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, baş məşqçilər - Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi məşqçilər - Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqları ödənilərək, onlarla əməkdaşlığa son qoyulub. 

Xəbər xətti