Elmar Baxşıyev: "Çempionatın davam etdirilməsini istəyirik"

Azərbaycan Premyer Liqasının davam etdiriləcək hissəsinə hazırlıq çərçivəsində keçirilən “Neftçi” – “Qəbələ” yoxlama oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın çalışdırıcısı Elmar Baxşıyev fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis matçı şərh edib:

 

“Futbolçulardan çox razıyıq. Çünki bu ağır dönəmdə meydanda ən yaxşısını etməyə çalışırlar. Bunu məşq prosesində də hiss edirik. İnanıram ki, getdikcə komanda daha məzmunlu futbol göstərib əvvəlki oyununu qaytaracaq. Çempionatın keçirilməsinin tərəfdarıyam. İdman prinsipləri var. Hansı komanda layiqli yeri tutacaqsa, ölkəmizi avrokubokda təmsil etsin. Biz komanda olaraq çempionatın davamını istəyirik. Merab Qiqaurinin yüngül zədəsi var. Risk edib onu iki matçda oynatmaq istəmədik. O, müqavilə ilə bizə məxsusdu. Qarşıdakı görüşlərdə onun köməyi dəyəcək. Oyun hər şeydən üstündü. Məşq prosesi də aparıb oyuna çıxarır. “Neftçi” iyunun 13-də oynamağı təklif etdi və bunun üzərində dayandıq”.

Tarix: 14 İyun [00:06]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Avqust 2020
14  Avqust 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio