Qvardiola ilk ayrılığı açıqladı

15:26 - 17 İyun 2020

İyunun 30-da “Mançester Siti” ilə müqaviləsi başa çatacaq David Silva komandadan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Premyer Liqada mövsüm bitdikdən sonra "şəhərlilər"i tərk edəcək. Bu barədə komandanın baş məşqçisi Pep Qvardiola məlumat verib:

 

"Təəssüf ki, Silvanın son oyunlarında azarkeşlər olmayacaq. İnanıram ki, klub onun üçün uyğun vida təşkil edəcək".

 

34 yaşlı futbolçu 2010-cu ildə "Valensiya"dan "Mançester Siti"yə 28,75 milyon avroya transfer olub.

 

Xəbər xətti