Əmir Ağayev "Sumqayıt"dan ayrıldı

10:44 - 19 İyun 2020

"Sumqayıt"ın yarımmüdafiəçisi Əmir Ağayev komandadan ayrılıb.

 

Sportal.az xəbər verir ki, sözləşməsi başa çatan futbolçu klubun yeni müqavilə təklifini qəbul etməyib.

 

Ağayevə "Neftçi"dən də təklif var. Lakin israilli futbolçu karyerasını doğma ölkəsində davam etdirmək fikrindədir. Bu səbəbdən də Əmir yeni mövsüm İsrail çempionatına qayıdacaq.

 

2019-cu ildən "Sumqayıt"da çıxış edən 28 yaşlı futbolçu bu mövsüm 22 oyunda 5 qol vurub.

Xəbər xətti