İtaliya klubu Starrici transfer etmək istəyir - prezident açıqladı

17:48 - 24 İyun 2020

İtaliya B Seriyasının lideri "Benevento" azad agent statusu daşıyan Deniel Starrici transfer etmək istəyir.

 

Sportal.az xəbər verir ki, bu barədə klub prezidenti Oresto Viqorito məlumat verib: "İdman direktorumuz Paskuale Focca 1 ildən çoxdur ki, Starrici komandaya gətirmək istəyir. Razılaşma olsa, mənə xəbər edəcək. Starricin "Benevento" forması geyinməsi bizim üçün qürur olar. Təklifimizi qəbul etsə, buna təəccüblənmərəm".

 

İngiltərə millisinin keçmiş üzvü 2019-cu ilin yayında "Liverpul"dan "Trabzonspor"a keçmişdi. 30 yaşlı hücumçu martda Türkiyə klubundan ayrılıb. Starric Super Liqada 11 oyunda 4 qol vurub, 4 assist edib.

Xəbər xətti