"Napoli" Cengiz üçün 30 milyon avro ödəməyə hazırdır

16:31 - 27 İyun 2020

"Napoli" "Roma"nın yarımmüdafiəçsii Cengiz Ünderi transfer etmək istəyir.

 

Sportal.az "Corriere dello Sport"a istinadla xəbər verir ki, "canavarlar" 22 yaşlı futbolçu üçün 30 milyon avro təzminat ödəməyə hazırdır.

 

Tərəflərin transferin detallarını müzakirə etdiyi bildirilir. Əgər transfer baş tutsa, Cengizin keçmiş komandası "Başakşəhər" bu keçiddən 20 faiz pay götürəcək.

 

Türkiyə millisinin üzvünün İtaliya təmsilçisi ilə müqaviləsi 2023-cü il iyunun 30-u bitəcək. O, bu mövsüm 21 oyunda 3 qol vurub.

Xəbər xətti